Bədavi Hüseynov: "Hər şey Kosovo ilə oyunda həll olunacaq"

11:58 - 15 Oktyabr 2018

"Yaxşı oynadıq, çox sayda qol vəziyyətləri yaratdıq. Demək olar ki, hər şeyi düzgün edirdik. Amma bəxtimiz gətirmədi".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Bədavi Hüseynov Millətlər Liqasının D divizionun III qrupunda Maltaya qarşı keçirdikləri matçı dəyərləndirərkən deyib.  

 

27 yaşlı müdafiəçi yaxşı oynadıqlarını, lakin qol epizodlarından yararlana bilmədiklərini bildirib: "Futbolda belə şeylər olur.  Bəzən sən oynayırsan, amma qol vura bilmirsən.  Bəzən də pis oynayırsa, lakin qələbə qazanırsan.  Əsas odur ki, məğlub olmadııq.  Şanslarmız davam edir. Son ana qədər mübarizə aparacağıq". 

 

Hüseynov qrup lideri olmaq üçün şanslarının olduğunu vurğulayıb: "Əlbəttə, qrupdan çıxmaq üçün şansımız var.  Çünki bilirik ki, Kosovo xal itirib. Qarşıda iki oyun var, hər şey Kosovo ilə oyunda həll olunacaq.  Biz yaxşı oynayırıq, qol imkanları əldə edirik. Maksimum konsentrasiya ilə istənilən rəqibə qalib gəlmək olar". 

Xəbər xətti