Qismət Alıyev: "Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır"

01:40 - 17 Oktyabr 2018

"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmişdik. Bu oyuna tam hazır gəlmişdik".

 

Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Qismət Alıyev deyib. Avropa çempionatının seçmə mərhələsində Norveçlə heç-heçə etdikləri oyunu (1:1) dəyərləndirən 21 yaşlı yarımmüdafiəçi bundan sonra A millisinə dəvət almağa çalışacağını qeyd edib:

 

"İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır".

Xəbər xətti