Fəhmin Muradbəyli: "Oyunumuz istədiyimiz kimi gedirdi"

01:58 - 17 Oktyabr 2018

"Çox çətin oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı".

 

Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fəhmin Muradbəyli deyib. Avropa çempionatının seçmə mərhələsində Norveçlə heç-heçə etdikləri oyunu (1:1) dəyərləndirən gənc hücumçu vurduğu qoldan danışıb:

 

"Çətin səfərdə məqsədimiz 3 xal qazanmaq idi. Oyunumuz istədiyimiz kimi gedirdi. Rəqibi əks-hücumda yaxalayıb penalti vurmaq imkanı qazandıq. Qol vurduğum üçün sevinirəm. Bu seçmə mərhələdə sonuncu oyunumuz idi. Yaxşı nəticə ilə seçmə mərhələni başa vurmaq istəyirdik".

Xəbər xətti