UEFA Millətlər Liqasında qrup mərhələsinin 4-cü turunun qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.
Sportal.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 298 ötürmə ilə 2-ci, Qarayev 276 dəqiq ötürmə ilə 4-cüdür. Siyahının 5-ci pilləsində "Qəbələ"nin və "Keşlə"nin sabiq gürcüstanlı futbolçusu Nika Kvekveskiri qərarlaşıb.
1. Serxio Ramos (İspaniya) - 304
2. Riçard Almeyda (Azərbaycan) - 298
3. Aleksandru Epureanu (Rumıniya) - 283
4. Qara Qarayev (Azərbaycan) - 276
5. Nika Kvekveskiri (Gürcüstan) - 253
Liqada 4 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç və Belçika yığmasının hücumçusu Romelu Lukaku ilk iki pilləni böülüşürlər. Timu Pukki (Finlandiya), Eqziyan Alioski (Makedoniya), Edin Ceko (Bosniya və Herseqovina), Daniel Sinani (Lüksemburq) 3 qolla növbəti pillələri bölüşürlər.
Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodur (5).
Millətlər Liqasında ən çox qurtarış edən qapıçı San Marino millisinin qolkiperi Elia Benedettinidir (30). Lixtenşteynin qolkiperi Benjamin Büxel 26, Malta yığmasının çərçivə qoruyucusu Endryu Hoqq isə 24 seyv edib.
saytlarin hazirlanmasi