Topaz Premyer Liqasının 8-ci turunda "Keşlə"nin qonağı olacaq “Zirə"nin heyətində itkilər var.
Sportal.az saytının məlumatına görə, komandanın hücumçusu Pərdis-Fərcad azad sabiq klubuna qarşı oynamayacaq. Vüqar Mustafayevin ilin sonuna kimi yaşıl meydanlardan kənar qalacağı isə daha öncədən məlum idi. "Qartallar"ın bir müddət əvvəl "Keşlə"dən transfer etdiyi Adrian Skaralatake də zədədən əziyyət çəkir. Lakin rumıniyalı müdafiəçinin oyuna yetişəcəyi ehtimal olunur.
Qeyd edək ki, "Keşlə" - "Zirə" oyunu oktyabrın 21-i baş tutacaq. "ASK Arena"da reallaşacaq oyunun start fiti 19:00-da səslənəcək.
saytlarin hazirlanmasi