21 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsi yekunlaşdı.
Sportal.az xəbər verir ki, millimiz turniri 10 oyundan sonra 3 xalla başa vurdu. 3 heç-heçəsi və 7 yenilgisi olan gənclərimiz qitənin ən zəif komandaları arasında yer alıb.
Millimizlə yanaşı, Lixtenşteyn, San Marino, Estoniya, Andorra və Latviya yığmaları da seçmə mərhələdə qələbə üzünə həsrət qalıblar.
Seçmə mərhələdə 6 qol vuran komandamız yalnız Andorra, San Marino, Lixtenşteyn, Cəbəllütariq və Latviyanı bu göstəricidə üstələməyi bacarıb. Millimiz Andorra, San Marino, Lixtenşteyn və Cəbəllütariqdən sonra qapısında ən çox qol görən komanda olub (21 top).
saytlarin hazirlanmasi