"Monako"nun yeni baş məşqçisi Tyerri Anri açıqlama verib.
Sportal.az xəbər verir ki, karyerasında ilk dəfə baş məşqçi təcrübəsini yaşayacaq fransız mütəxəssis kluba bu fürsəti yaratdığı üçün təşəkkür edib: "Monako"dan təklif alanda qəlbimin səsini dinlədim. Kluba mənə evimə dönmək şansını verdiyi üçün təşəkkür edirəm".
41 yaşlı çalışdırıcı Pep Qvardioladan örnək aldığını deyib:
"Pep Qvardioladan örnək alıram. "Barselona"da necə oynamaq lazım olduğunu ondan öyrəndim. Pepdən ilham almışam".
Qeyd edək ki, Anri "Barselona"da Pep Qvardiolanın rəhbərliyi altında çıxış edib.
saytlarin hazirlanmasi