AÇ-2020: UEFA Bakıya gələcək yığmalar üçün stadionları açıqladı

12:30 - 8 Fevral 2019

UEFA AÇ-2020-nin final mərhələsinin keçiriləcəyi şəhərlərdəki təlim-məşq bazalarının və qalacağı otellərin onlayn-kataloqunu təqdim edib.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda Avropa çempionatına ilk dəfə ev sahibliyi edəcək Bakıya aid 3 stadion və 3 otel yer alıb. 

 

“Bakcell Arena"nı seçəcək milli komandaya “Fairmont Baku Flame Towers Hotel”,  “Dalğa Arena” üçün “Bilgah Beach Hotel”, Tofiq Bəhramov adına Respublika stadionunda məşq edəcək yığmaya isə “Excelsior Hotel & Spa Baku” təklif edilib.

 

Qeyd edək ki, qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq.

Xəbər xətti