Almaniyada təşkil olunmuş Avropa çempionatının ən yaxşı qolu müəyyənləşib.
Sportal.az xəbər verir ki, İspaniya millisinin hücumçusu Lamin Yamalın yarımfinal mərhələsində Fransaya vurduğu qol ən yaxşı seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, İspaniya yığması Avro-2024-ün qalibi olub. Yamal turnirdə meydana çıxdığı 7 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 17 yaşlı futbolçu həmçinin, Avropa çempionatının ən yaxşı gənc oyunçusu seçilib.
saytlarin hazirlanmasi