"Real"ın kapitanı Serxio Ramos cəzalandırıla bilər.
Sportal.az xəbər verir ki, ispan müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la görüşdə bilərəkdən sarı vərəqə aldığı iddiası var. O, qarşılaşmanın 89-cu dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşüb.
UEFA isə müdafiəçinin bunu qəsdən edib-etmədiyini araşdırıb. Sabah bununla bağlı qərar açıqlanacaq. Futbolçu günahkar bilinsə, qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya edəcək.
Amsterdamdakı görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar martın 5-də Madriddə cavab matçında üz-üzə gələcəklər.
saytlarin hazirlanmasi