Rakitiçdən transfer qərarı

11:36 - 1 Mart 2019

"Barselona"dan ayrılacağı xəbərləri dolaşan İvan Rakitiç açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Xorvatiya millisinin üzvü "İnter"lə anlaşdığı barədə gəzən xəbərləri təkzib edib:

 

"İspaniyada yaşamağı sevirəm. Ailəm Barselonda yaşamağı xoşlayır, çünki Sevilyadan uzaq deyilik. "Barselona"da qalmaq mənim üçün daha mükəmməldir".

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2021-ci ildə bitəcək.

Xəbər xətti