"Real"ın futbolçusu iki aylıq sıradan çıxdı

00:34 - 7 Mart 2019

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Ayaks"la cavab oyununun (1:4) ilk hissəsində zədələnən "Real"ın futbolçusu Vinisius Junior uzun müddətə sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı hücumçu 2 ay yaşıl meydanlardan kənar qalacaq. Tibbi müayinədən keçən Vinisiusun sağ ayaq topuğunda bağların qopduğu məlum olub.

 

Qeyd edək ki, gənc ulduz Braziliya millisinin Çexiya və Panamaya qarşı keçirəcəyi yoxlama görüşləri üçün dəvət alsa da, düşərgəyə yollana bilməyəcək.

Xəbər xətti