İlk dəfə Xorvatiya millisinə dəvət alan futbolçu: "Etimadı qazanmağa çalışacam"

09:00 - 12 Mart 2019

Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Xorvatiya millisinə yeni futbolçu çağırılıb.

 

Sportal.az xəbər verir ki, Zaqrebin "Dinamo" klubunun hücumçusu Bruno Petkoviç ilk dəfə yığmaya dəvət edilib. Komandanın baş məşqçisi Zlatko Daliç "Fiorentina"nın futbolçusu Marko Pyatsanın zədələnməsindən sonra 24 yaşlı oyunçunu milliyə çağırıb.

 

24 yaşlı forvard "germanijak.hr" saytına açıqlamasında yığmaya dəvət alması barədə fikirlərini bölüşüb: "Zlatko Daliçdən telefon zəgi aldığım üçün çox xoşbəxtəm. Hər zaman Xorvatiya milli komandası karyeramın hədəflərindən biri olub və bir gün bu komandada bir şans qazanmaq üçün əlimdən gələni edəcəyimi demişdim. Milliyə dəvət almağı arzu etdiyim halda, Pyatsanın zədələnməsi səbəbindən buna nail olmaq istəmirdim. Pyatsaya tez sağalmağı arzulayıram. Ümid edirəm ki, məşqçilər və azarkeşlərin etimadını qazana biləcəm. Azərbaycanla oyunda debüt şansı qazansam, qol vurmağa çalışacam". 

 

Zaqreb klubunun hücumçusu cari mövsüm 11 qol vurub, 9 assist edib.

 

Qeyd edək ki, Xorvatiya millimizlə martın 21-də, Macarıstanla isə 3 gün sonra qarşılaşacaq. 

Xəbər xətti