Santyaqo Solarini istefaya göndərən "Real" sabiq çalışdırıcısı Zinəddin Zidanla 2022-ci ilə qədər müqavilə imzaladı.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis Madrid klubu ilə şərt kəsib.
Fransalı mütəxəssisə klub prezidenti Floretino Peres 350 milyon avroluq transfer büdcəsi ayıracağına söz verib. Bu söhbətdən sonra Zidan "kral klubu"na qayıtmağa razı olub.
Bundan əlavə, yayda Qaret Beyllə Luka Modriç də satılacaq və onların transferlərindən əldə ediləcək pul yeni oyunçuların alınmasına xərclənəcək.
saytlarin hazirlanmasi