Monçi "Sevilya"ya qayıtdı

10:10 - 18 Mart 2019

İtaliyanın “Roma” klubundan istefaya göndərilən Ramon Monçinin yeni iş yeri bəlli olub.

 

Sportal.az xəbər verir ki, "transfer sehrbazı" ləqəbiylə tanınan məşhur futbol funksioneri keçmiş klubu “Sevilya”ya qayıdıb. O, klubun idman direktoru olacaq. Klub saytının məlumatına görə, Monçi aprelin 1-dən fəaliyyətə başlayacaq.

 

Qeyd edək ki, Monçi 17 il "Sevilya"da çalışıb. O, 2017-ci ildə əndəlüsiyalılardan "Roma"ya keçmişdi.

Xəbər xətti