Bu gün AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura start verilib.
Sportal.az xəbər verir ki, 4 qrupda 10 oyun keçirilib.
C qrupunda Hollandiya - Almaniya görüşündə qonaqlar 3:2 hesablı qələbə qazanıb. Şimali İrlandiya isə Belrusu əliboş yola salıb - 2:1.
Millimizin yer aldığı E qrupunda iki oyun baş tutub. Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı məğlub edib.
G qrupunun Polşa Latviyanı qəbul edib. Azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə etdiyi oyunda meydan sahibləri 2:0 hesablı qələbəni bayram edib. Qrupun digər görüşlərində İsrail Avstriyaya 4:2 hesabı ilə qalib gəlib. Sloveniya - Makedoniya matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
I qrupunda Qazaxıstan Rusiyanı, Kipr Belçikanı, San Marino isə Şotlandiyanı qəbul edib. Hər üç görüşdə qonaqlar qalib gəlib.
AÇ-2020-nin seçmə mərhələsi
24 mart
C qrupu
Hollandiya – Almaniya - 2:3
Qollar: Matteis de Liqt, 48, Memfis Depay, 63 - Leroy Sane, 15, Serj Qnabri, 34. Niko Şults, 90
Şimali İrlandiya – Belarus - 2:1
Qollar: Conni Evans, 30, Coş Maqennis, 87 - İqor Staseviç, 33
E qrupu
Uels – Slovakiya - 1:0
Qol: Daniel Ceyms, 5
Macarıstan – Xorvatiya - 2:1
Qollar: Adam Şalai, 34, Mate Patkai, 76 - Ante Rebiç, 13
G qrupu
İsrail – Avstriya - 4:2
Qollar: Eran Zahavi, 34, 45, 55, Munas Dabbur, 66 - Marko Arnautoviç, 8, 75
Polşa – Latviya - 2:0
Qollar: Robert Levandovski, 76, Kamil Qlik, 84
Sloveniya – Makedoniya - 1:1
Qollar: Miha Zayts, 34 - Enis Bardi, 47
İ qrupu
Qazaxıstan – Rusiya - 0:4
Qollar: Denis Çerışev, 19, 45, Artem Dzyuba, 52, Abzal Beysebekov, 62
San-Marino – Şotlandiya - 0:2
Qollar: Kenni Maklin, 4, Conni Rassel, 74
Kipr – Belçika - 0:2
Qollar: Eden Hazard, 10, Mişi Batşuayi, 18
saytlarin hazirlanmasi