"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun transferində "Barselona"ya uduzan "Mançester Siti" yeni hədəfini müəyyənləşdirib.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, Pep Qvardiola "Atletiko"nun futbolçusu Saul Niqesi rəhbərliyi altında görmək istəyir. "Şəhərlilər" ispan mütəxəssisin tələbiylə 24 yaşlı yarımmüdafiəçinin 150 milyon avroluq sərbəst qalma qiymətini ödəməyə hazırdır.
Qeyd edək ki, İspaniya millisinin üzvü "Real"ı yetirməsidir. Niqes 2008-ci ildə Madridin digər klubu "Atletiko"ya keçib və peşəkar karyerasına da məhz bu komandada başlayıb. Saul cari mövsüm 36 oyuna 5 qol vurub, 3 assist edib.
saytlarin hazirlanmasi