Tibo Kurtua: "İspaniya mətbuatı məni öldürmək istəyir"

17:55 - 24 Mart 2019

İspaniyanın "Real" klubunda tənqid hədəfi olan Tibo Kurtua açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Belçika millisinin qapıçısı ən yaxşılardan biri olduğunu deyib: "İspaniya mətbuatı məni öldürməyə çalışsa da, dünyanın ən yaxşı qapıçılarından biri olduğumu düşünürəm. Özümü güclü hesab edirəm. Məşqlərimi yaxşı şəkildə davam etdirirəm".

 

Kurtua AÇ-2020-ni seçmə mərhələsində Rusiya ilə oyunda etdiyi kobud səhvlə bağlı bunları söyləyib: "Orada səhvə yol verdim, ancaq futbolda baş verən hallardır. Qapıçıların həyatı belə olur. O epizodu nəzərə almasaq, yaxşı oyun keçirdim".

Xəbər xətti