"Atletik"dən "Bayern"ə rəsmi təklif

10:35 - 28 Mart 2019

İspaniyanın "Atletik" klubunun prezidenti Aitor Eliseqi Almaniya təmsilçisi "Bayern"də çıxış edən Xavi Martinesi transfer etmək istədiklərini açıqlayıb.

 

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, klub prezidenti 30 yaşlı dayaq yarımmüdafiəçisi üçün 20 milyon avro təklif etdiklərini deyib. Münhen klubunun bu təklifi qəbul edəcəyi iddia edilir.

 

Martines bi müddət öncə "Kicker"ə açıqlamasında Bilbao klubuna dönməyin əlehinə olmadığını demişdi.

 

Qeyd edək ki, ispan futbolçu 2012-ci ildə 40 milyon avro qarşılığında "Atletik"dən "Bayern"ə keçmişdi.

Xəbər xətti