"Real"da Santyaqo Solarinin dönəmində klubdan ayrılmağı düşünən Marselo qərarını dəyişib.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Zinəddin Zidanın dönüşündən sonra Madrid klubundan getmək fikrindən daşınıb. Marselonun adı "Yuventus"la hallansa da, futbolçu yayda "kral klubu"nda qalacaq.
Qeyd edək ki, "Real"la 2022-ci ilə qədər müqaviləsi olan 30 yaşlı futbolçu cari mövsüm 26 oyuna 3 qol vurub, 5 assist edib.
saytlarin hazirlanmasi