Yan Oblak "Atletiko"da qalır

19:04 - 8 Aprel 2019

İspaniyanın "Atletiko" klubu qapıçısı Yan Oblakla müqaviləni yeniləyəcək.

 

Sportal.az "Football Espana"ya istinadən xəbər verir ki, Sloveniya millisinin üzvü Madrid təmsilçisində qalmaq barədə qərar verib. 26 yaşlı əlcək sahibi yaxın günlərdə yeni sözləşmə imzalayacaq. Oblakın illik məvacibi 10 milyon avro olacaq.

 

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən "Atletiko"da çıxış edir.

Xəbər xətti