“Barselona”nın prezidenti Xosep Bartumeu mövsümün sonunda İvan Rakitiçin komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, klub prezidenti xorvatiyalı yarımmüdafiəçinin gələcəyinin bəlli olmadığını deyib:
“Rakitiç “Barselona”nın ən vacib futbolçularından biridi, baş məşqçi Ernesto Valverde də ona güvənir. Amma futbolçuların məvaciblərində tənzimləmələr etməliyik. Mövsümün sonunda nə olacağını görəcəyik”.
saytlarin hazirlanmasi