İspaniya La Liqasının 31-ci turunda "Barselona" ilə səfər matçında qırmızı vərəqə alan "Atletiko"nun hücumçusu Dieqo Kostanın cəzası açıqlanıb.
Sportal.az İspaniya Futbol Federasiyasının (RFEF) saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Gil Manzanonun anasını təhqir edən Braizliya əsilli ispan futbolçu 8 oyunluq cəzalanıb.
"Atletiko" cəzanı aşağı endirmək üçün etiraz edəcəyini açıqlayıb.
Qeyd edək ki, La Liqada mövsümün başa çatmasına 7 tur qalıb. 8 oyunluq cəzalan Kosta mövsümün sonuna qədər oynamayacaq.
saytlarin hazirlanmasi