"Atletiko"da yeni müqavilə

16:08 - 17 Aprel 2019

İspaniyanın "Atletiko" klubu qapıçısı Yan Oblakla müqaviləni yeniləyib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sloveniya millisinin üzvü Madrid təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsini uzadıb. 26 yaşlı əlcək sahibinin illik məvacibi 10 milyon avro olacaq.

 

Qeyd edək ki, Yan Oblak 2014-cü ildən "Atletiko"da çıxış edir.

Xəbər xətti