İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Mariya Bortomeu Filipe Koutinyonun komandadan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportal.az xəbər verir ki, klub prezidenti 26 yaşlı futbolçunu transfer etmək komandanın 400 milyon avrosundan keçməli olduğunu deyib: “Onun müqaviləsi var. Koutinyonu transfer etmək istəyən klub 400 milyon avroluq sərbəst qalmaq qiymətini ödəməlidir”.
Qeyd edək ki, Koutinyo ötən ilin qış fasiləsində "Liverpul"dan "Barselona"ya 150 milyon avroya keçib. Braziliya millisinin üzvünün Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.
saytlarin hazirlanmasi