Çempionlar Liqasında "Ayaks"ı səfərdə 3:2 hesabı ilə məğlub edərək finala yüksələn "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen açıqlama verib.
Sportal.az xəbər verir ki, danimarkalı futbolçu öncə oyunla bağlı danışıb: "Çox maraqlı oyun oldu. İlk hissədə çox pis oynadıq, ancaq mübarizə aparmağa qərar verdik və geri dönüş etdik. Bir az bəxtimiz də gətirdi. İki oyuna baxsaq, "Ayaks" daha yaxşı tərəf idi. "Ayaks" üçün üzgünəm, amma finala çıxmaq yuxu kimidir. Əgər ilk hissədəki kimi oynamağa davam etsəydik, ayna qarşısında özümüzə baxa bilməzdik. Döyüşmək məcburiyyətində idik. İkinci hissədə erkən qolla "Ayaks"ı təzyiq altına saldıq".
Eriksen oyunda het-trik edən Lukas Mouranın performansından danışıb: "Moura möhtəşəm oyun göstərdi. Ümid edirəm ki, bu matçdan sonra İngiltərədə heykəlini ucaldarlar. Daha çox ürəyimizi meydana qoyduq. Moura bütün tərifləri haqq edir. "Ayaks" üçün üzülürəm, ancaq finala layiq idik".
"Liverpul" - "Tottenhem" finalı iyunun 1-i Madridin "Vanda Metropolitano" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi