"Qarabağ"dan ayrıldı, sabiq klubuna xəbər yolladı: "Dönmək istəyirəm!"

14:14 - 12 May 2019

Qış fasiləsində Qazaxıstanın "Aktobe" klubu ilə müqaviləsini uzatmayan və "Qarabağ"a qayıdan Reynaldo Silvanın dönüşü uğurlu alınmadı. Ağdam klubunda yerini möhkəmlədə bilməyən braziliyalı futbolçunun müqaviləsi uzadılmayıb.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı hücumçu Qazaxıstana qayıda bilər. Reynaldo sabiq klubu "Aktobe" ilə danışıqlar aparır. Hücum xəttində sıxıntılar yaşayan Premyer Liqa təmsilçisi azad agent statusuna yiyələnmiş futbolçunu geri qaytarmaq istəyir. Reynaldo özü də sabiq klubunda çıxış etməkdə maraqlıdır. Onun Azərbaycanın digər klublarının birində oynamaq variantı da var.

 

"Aktobe" mövsüm -12 xalla başlayıb. Komanda 9 oyundan sonra -6 xalla 12 komanda arasında sonuncudur.

 

Qeyd edək ki, Reynaldo bu mövsüm "Qarabağ"da 7 oyuna 1 qol vurub.

Xəbər xətti