Bundesliqa ilə vidalaşan klublar müəyyənləşdi

15:17 - 12 May 2019

Almaniya Bundesliqasında 33-cü turun oyunlarından sonra aşağı liqaya düşəcək iki klub bəlli olub.

 

Sportal.az xəbər verir ki, "Nürnberq"in ardından "Hannover" də II Bundesliqaya yuvarlanıb.

 

16-cı pilləni tutan "Ştutqart" isə "play-out" oynayacaq. Komanda II Bundesliqada 3-cü yeri tutacaq komanda ilə qarşılaşacaq. İki oyundan sonra Bundesliqada çıxış edəcək klub bəlli olacaq.

Xəbər xətti