Kavani transfer qərarını açıqladı

12:47 - 19 May 2019

Fransanın PSJ klubunun hücumçusu Edinson Kavani gələcək karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı forvard Paris klubunda qalmaq istədiyini deyib: "Bu klubu və şəhəri sevirəm. Ailəmlə birgə burda xoşbəxtəm. Onsuz da müqaviləm davam edir. Gələn mövsüm də PSJ-də olacam".

 

Uruqvay millisinin üzvünün PSJ ilə müqaviləsi gələn mövsümün sonuna qədərdir. Kavani bu mövsüm 31 oyuna 22 qol vurub, 8 assist edib.

Xəbər xətti