Fransanın PSJ klubunun yeni transfer hədəfi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Adrien Rabyö ilə yollarını ayıran Paris klubu "Çelsi"dən Nqolo Kanteni transfer hədəfinə alıb.
Fransa klubu Kanteyə "Çelsi"də aldığı maaşdan iki dəfə çox təklif edib. Fransalı futbolçu bu təklif müsbət yanaşır. Ancaq transfer cəzası alan "Çelsi" Kanteni buraxmaq istəmir.
28 yaşlı yarımmüdafiəçinin "Çelsi" ilə müqaviləsi 2021-ci ilə qədər davam edir. Kante cari mövsüm 52 oyuna 5 qol vurub, 4 assist edib.
saytlarin hazirlanmasi