Slovakiya milli komandasının kapitanı Marek Hamşik sport.sk saytına müsahibə verib.
Sportal.az 31 yaşlı yarımmüdafiəçi AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə suallara cavab verib.
- Azərbaycanı necə rəqib kimi qiymətləndirirsiniz?
- Alt səbətdə daha asan komandalar var idi. Futbol irəliləyir və bu komandalar onsuz da hər kəsə işgəncə verə bilir. İsti və rütubətli hava şəraitində oynayacağıq. Çətin oyun olacaq.
- Bəzi mütəxəssislər Azərbaycanla oyunda büdrəyən komandanın Avropa çempionatına yollanmayacağını düşünür. Siz necə düşünürsünüz?
- Bu oyunun açar rolu olacağını düşünürəm. Üç xal üçün gəlmişik. Səviyyəmizi göstərmək istəyirik.
- Futbolçuların yorğun mövsümdən sonra iyun ayında belə səfərdə çətinlik çəkəcəyindən qorxmursunuz?
- Hazırda kimlərlə oynamağımızın fərqi yoxdur. Bəzi futbolçular istirahət üçün vaxt tapmadı. Evdə oynamaq bizim üçün daha yaxşı olardı.
- Azərbaycan Xorvatiya ilə oyunda 1:0 üstün idi. Yekun 1:2 hesabı ilə uduzsalar da, dünya çempionatının gümüş medalçısına çətinlik yarada bildilər. Bu matçdan nə ala bilərsiniz?
- Baş məşqçi Pavel Hapal bunu düşünüb, işimizi çətinləşdirməməyi və başımız dik mübarizə aparmalı olduğumuzu söylədi. Baş məşqçinin istəklərini yerinə yetirməyə çalışacağıq. Lazımsız gecikmələr olmamaqla sürətli və asan oynamalıyıq.
- Azərbaycanla Slovakiyanın oyunlarını xatırlayırsınız?
- Millidə çox matçda iştirak etməyimə baxmayaraq, Azərbaycana qarşı hələ oynamamışam. Keçmişi unudun, futbol çox dəyişib. Bu dueldə bir qol ola bilər və biz qalib gəlmək istəyirik.
saytlarin hazirlanmasi