"Barselona" yeni transferinə 100 milyon avro qiymət qoydu

17:01 - 21 İyun 2019

"Barselona" B komandasına yeni futbolçu transfer edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Breda" ilə müqaviləsi başa çatan 20 yaşlı müdafiəçi Mayk van Beyneni transfer edib. Hollandiyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb və onun sərbəst qalma dəyəri 100 milyon avro təyin edilib.

 

Qeyd edək ki, van Beynen "Barselona"nın yeni transferi Frenki de Yonqla Hollandiyanın "Villem II" klubunda birgə çıxış edib.

Xəbər xətti