İtaliyanı Çempionlar Liqasında təmsil edəcək "Atalanta" yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Berqamo təmsilçisi İspaniyanın "Sevilya" klubundan Luis Murieli transfer edib. A Seriya klubu bu keçid üçün 18 milyon avrosundan keçib. Kolumbiya millisinin üzvüylə 4 illik müqavilə imzalanıb.
28 yaşlı forvard ötən mövsümün ikinci yarısını icarə əsasında "Fiornetina"da keçirib. Muriel florensiyalıların heyətində 19 oyuna 6 qol vurub.
Qeyd edək ki, "Sevilya" Murieli 2017-ci ildə "Sampdoria"dan 20 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi