Rusiyanın "Krasnodar" klubu yeni futbolçu transfer edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "yaşıl qaralar" Hollandiyanın "Feyenoord" klubunda Toni Vilenanı transfer edib. 24 yaşlı yarımmüdafiəçinin transferi üçün 9 milyon avro təzminat ödənilib. Hollandiyalı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
2016-cı ildən Hollandiya yığmasına dəvət alan Vilena Rotterdam klubunun yetirməsidir. O, ötən mövsüm 39 oyuna 7 qol vurub, 8 assist edib.
saytlarin hazirlanmasi