"Qəbələ" rəsmisi: "İllik maaş təklifimizi aylıq kimi başa düşürlər"

00:46 - 23 İyun 2019

"Qəbələ"nin baş meneceri Zaur Əzizov transfer məsələlərindən danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi "Futbol+" qəzetinə açıqlamasında maraqlı fikirlər səsləndirib. O bildirib ki, futbolçulara təklif etdikləri məbləği eşidən menecerlər şoka düşürlər:

 

"Menecerlər futbolçu təklif edirlər. Şərtlərimizi deyirik, futbolçuya verə biləcəyimiz pulu bildiririk. Elə başa düşürlər ki, aylıq məvacibdir. Halbuki illik maaşı deyirik. Məbləği eşidəndə şoka düşürlər. Onları da qınamıram, iki dəfə Avroliqanın qrupunda oynayan komanda üçün indi futbolçuya təklif etdiyimiz maliyyə şərtləri bir qədər qeyri-adi görünür".

Xəbər xətti