Rodalyeqa Türkiyədə klubunu dəyişdi

09:28 - 23 İyun 2019

Türkiyənin "Trabzonspor" klubundan ayrılan kolumbiyalı hücumçu Uqo Rodalyeqanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı forvard karyerasını yeni mövsümdən Super Liqada çıxış edəcək "Dənizlispor"a keçib. Təcrübəli oyunçu ilə 1+1 illik müqavilə bağlayıb.

 

Rodalyeqa ötən mövsüm 33 oyuna 15 qol vurub, 3 assist edib.

 

Qeyd edək ki, Kolumbiya millisinin sabiq üzvü "Uiqan", "Fulhem", "Akhisarspor" kimi klublarda çıxış edib.

Xəbər xətti