"Səbail"dən ayrıldı, Albaniya klubu ilə müqavilə imzaladı

15:28 - 23 İyun 2019

"Səbail"dən ayrılan makedoniyalı müdafiəçi Tome Kitanovski karyerasını Albaniyada davam etdirəcək.

 

Sportal.az xəbəe verir ki, 27 yaşlı futbolçu yüksək liqada çıxış edən "Kukesi" ilə müqavilə imzalayıb. Klubun "facebook" səhifəsi Kitanovskiylə 1+1 illik müqavilə imzalandığını açıqlayıb.

 

Kitanovski ötən mövsüm "Səbail"də 23 oyun keçirib və 1 qol vurub.

 

Image may contain: 1 person, indoorImage may contain: 1 person, indoor

Xəbər xətti