İspaniyanın "Real" klubu avtomobil qəzasında dünyasını dəyişən Xose Antonio Reyesin oğlu Xose Lopesi akademiyasına cəlb etdiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, "kral klubu"nun prezidenti Florentino Peres daha öncə 11 yaşlı Lopesin bütün məsrəflərini qarşılayacaqlarını bildirmişdi.
Lopes daha öncə "Leqanes"in akademiyasında çıxış edirdi. O, bu klubda ötən mövsüm çempionluq sevinci yaşayıb və turnirin bombardiri olub.
Qeyd edək ki, "Sevilya"nın yetirməsi olan Xose Antonio Reyes "Arsenal", "Real", "Atletiko", "Benfika", "Espanyol" kimi klublarda çıxış edib. İspaniya millisinin sabiq üzvü yanvar ayında İspaniya Sequndasında çıxış edən "Ekstremadura" ilə müqavilə imzalamışdı.
saytlarin hazirlanmasi