Premyer Liqa klubu İsveçrə millisinin üzvünü transfer etdi

23:19 - 24 İyun 2019

Yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək "Norviç Siti" klubu heyətinə oyunçu cəlb edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "sarı bülbüllər" Almaniyanın "Borussiya" (Münhenqladbax) klubundan ayrılan Yosip Drmiçi transfer edib. İsveçrə millisinin üzvüylə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 26 yaşlı hücumçu 2015-ci ildə "Bayer"dən "Borussiya"ya keçmişdi.

Xəbər xətti