Fransanın PSJ klubu iki transferi həll edib.
Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi "Mançester Yunayted"dən ayrılan Ander Herreranı rənglərinə bağlayıb. 29 yaşlı ispaniyalı futbolçu paytaxt klubuna azad agent statusu ilə keçib.
PSJ "Sevilya"nın hücumameyilli yarımmüdafiəçisi Pablo Sarabiyanı da transfer edib. 27 yaşlı ispaniyalı futbolçunun keçidi üçün əndəlüsiyalılara 18 milyon avro təzminiat ödənilib.
Son Fransa çempionu ispaniyalı oyunçuların transferini iyulun 1-dən sonra rəsmən açıqlayacaq.
saytlarin hazirlanmasi