"Fənərbaxça"nın sabiq futbolçusu Kiyev "Dinamo"sunda

00:00 - 28 İyun 2019

Ukraynanın "Dinamo" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Kiyev təmsilçisi "Zorya"dan Oleksandr Karavayevi transfer edib. Ukrayna millisinin üzvüylə 4 illik müqavilə imzalanıb.

 

27 yaşlı yarımmüdafiəçi peşəkar karyerasına "Şaxtyor"da başlayıb. Karavayev 2017-ci ildə icarə əsasında Türkiyənin "Fənərbaxça" klubunda çıxış edib.

Xəbər xətti