Robben karyerasını başa vurdu

00:14 - 5 İyul 2019

Hollandiya milli komandasının sabiq üzvü Aryen Robben futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, Münhen "Bayern"indən ayrılan 35 yaşlı cinah yarımmüdafiəçisi butsılarını mıxdan asmağa qərar verib.

 

Robben peşəkar karyerasına 2000-ci ildə Hollandiyanın "Qroningen" klubunda başlayıb. Hollandiyalı oyunçu PSV, "Çelsi" və "Real" klublarında da çıxış edib. O, 2009-2019-cu illərdə "Bayern"də oynayıb.

 

Aryen Robben 2003-2017-ci illərdə Hollandiya millisində 96 oyun keçirib və 37 qol vurub.

Xəbər xətti