Subotiç Bundesliqaya qayıtdı

00:19 - 5 İyul 2019

Yeni mövsüm Almaniya Bundesliqasında mübarizə aparacaq "Yunion Berlin" klubu növbəti transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Berlin təmsilçisi Fransa "Sent-Etyen"indən ayrılan Neven Subotiçi sıralarına qatıb. 30 yaşlı müdafiəçi ilə iki illik müqavilə imzalanıb.

 

Serbiya millisinin sabiq üzvü daha öncə Bundesliqada "Maynts", "Borussiya" (Dormtund) və "Köln"də çıxış edib.

Xəbər xətti