Premyer Liqa klubu 36 yaşlı futbolçu ilə müqavilə imzaladı

00:51 - 5 İyul 2019

"Everton"dan ayrılan İngiltərə millisinin sabiq üzvü Fil Yaqelkanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı mərkəz klubu yeni mövsümdən Premyer Liqada çıxış edəcək sabiq klubu "Şeffild Yunayted"ə transfer olub. Klub saytının məlumatına görə, təcrübəli oyunçu ilə bir illik müqavilə imzalanıb.

 

Yaqelka 2000-2007-ci illərdə "Şeffild Yunayted"də 254 oyun keçirib və 18 qol vurub. O, 2007-2019-cu illərdə "Everton"un formasını geyinib.

Xəbər xətti