"Neftçi" məşqləri bərpa etdi

10:10 - 5 İyul 2019

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” klubu ilə səfər oyununun hazırlığına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Türkiyə toplanışından sonra iki günlük fasiləyə buraxılan komanda öz bazasında məşqə çıxıb.

 

Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 

İyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbər xətti