"Neftçi"nin potensial rəqibindən 300 minlik transfer

10:35 - 5 İyul 2019

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan Rusiyanın “Arsenal” klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Tula təmsilçisi Rumıniyanın "Voluntari" klubunun hücumçusu Aleksandru Tudorieni transfer edib. 23 yaşlı hücumçu ilə uzun müddətli sözləşmə imzalanıb.

 

Rusiya mətbuatının məlumatına görə, bu keçid "Arsenal"a 300 min avroya başa gəlib.

 

Rumıniyalı futbolçu ötən mövsüm 36 oyuna 10 qol vurub, 3 assist edib.

 

“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Sperantsa” klubunu mübarəzədən kənarlaşdırsa, II raundda “Arsenal”la qarşılaşacaq.

Xəbər xətti