Əlcəzair millisinin üzvü "Milan"da

12:05 - 5 İyul 2019

İtaliyanın "Milan" klubu növbəti transferini reallaşdırıb.

 

Sportal.az "Sky Italia"ya istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Empoli"nin yarımmüdafiəçisi İsmael Bennaseri transfer edib. Bu keçid üçün 16+1 milyon avro təzminat ödənilib. Əlcəzair millisinin üzvüylə 5 illik müqavilə imzalanıb.

 

21 yaşlı futbolçu 2017-ci ildə "Arsenal"dan "Empoli"yə keçmişdi.

Xəbər xətti