"Qarabağ"ın rəqibində 3 transfer, 1 ayrılıq, 1 yeni müqavilə

12:56 - 5 İyul 2019

Çempionlar Liqasının I təsnifatə mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Albaniyanın "Partizani" klubu transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Tirana təmsilçisi heyətinə üç futbolçu cəlb edib.

 

Albaniya klubu "Senderbeu"nun 25 yaşlı qapıçı Aldo Teqyanı transfer edib. Albaniyalı qolkiperlə bir illik müqavilə imzalanıb.

 

Macarıstanın "Uypeşt" klubunun nigeriyalı forvardı Teofilus Solomon da "Partizani"yə keçib. 23 yaşlı hücumçu iki illik sözləşməyə qol çəkib.

 

"Partizani" İtaliyanın "Krotone" klubunun yarımmüdafiəçisi Aristoteles Romeronu da rənglərinə bağlayıb. Venesuela millisinin üzvü olan 23 yaşlı futbolçu iki illik müqavilə imzalayıb.

 

Tirana klubu 26 yaşlı müdafiəçisi Lum Recepiylə yolları ayırıb. Paytaxt komandası 33 yaşlı mərkəz müdafiəçisi Labinot İbrahimi ilə müqaviləni daha bir il uzadıb.

 

Xəbər xətti