"Mançester Yunayted"də növbəti müqavilə qeydə alınıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiçisi Andreas Pereyra ilə 2023-cü ilin yayına qədər müqavilə bağlayıb.
Braziliyalı futbolçu 2011-ci ildə PSV-dən "Mançester Yunayted"in akademiyasına keçmişdi. Pereyra 2014-cü ildə peşəkar karyerasına başlayıb. "Mançester Yunayted" 23 yaşlı futbolçunu "Qranada" və "Valensiya" klublarına icarəyə verib.
saytlarin hazirlanmasi