"Zenit" braziliyalı müdafiəçi aldı

16:07 - 5 İyul 2019

Rusiyanın "Zenit" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Almaniya "Hamburq"undan Duqlas Santosu transfer edib. Braziliyalı sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. "Zenit" bu keçid üçün 12 milyon avrosundan keçib.

 

25 yaşlı futbolçu "Hamburq"a 2016-cı ildə "Atletiko Mineyro" klubundan keçmişdi.

Xəbər xətti